Əsas Səhifə > Hadisə / Dünya > Əfqanıstan-İran sərhədində onlarla yanacaq daşıyan maşın yanıb

Əfqanıstan-İran sərhədində onlarla yanacaq daşıyan maşın yanıb


14-02-2021, 11:14

 

Əfqanıstan-İran sərhədində, Herat vilayətinin ərazisində baş verən partlayış nəticəsində onlarla yanacaq daşıyan avtomobil yanıb.

Şəffaflıq.az ISNA-ya istinadən məlumat verir ki, yanğın nəticəsində onlarla şəxsin xəsarət aldığı bildirilir.

Herat vilayətinin qubernatoru yanğının söndürülməsində kömək üçün İran tərəfinə müraciət edib.

Geri qayıt