Əsas Səhifə > Hadisə / Dünya > Əfqanıstanda BMT avtomobillərinə hücum nəticəsində azı beş nəfər ölüb

Əfqanıstanda BMT avtomobillərinə hücum nəticəsində azı beş nəfər ölüb


12-02-2021, 09:07

 

Əfqanıstanda BMT missiyasına məxsus avtomobillərə silahlı hücum olub.

Şəffaflıq.az “Ariana News” telekanalına istinadən xəbər verir ki, hadisə paytaxt Kabil və Cəlalabad şəhərlərini birləşdirən magistral yolda baş verib.

Məlumata əsasən, avtomobillərdən birinin sürücüsü güllələndikdən sonra nəqliyyat vasitəsi çaya düşüb. Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir. Lakin onların BMT əməkdaşları, yaxud da mühafizə dəstəsindən olmaları açıqlanmır.

Geri qayıt