Əsas Səhifə > Siyasət / Region > Ruhani: “Baydendən heç bir xoşməramlı jest görməmişik”

Ruhani: “Baydendən heç bir xoşməramlı jest görməmişik”


11-02-2021, 22:47

 

Tehran Prezident Co Baydendən nüvə sazişinə qayıtmaqla bağlı heç bir xoşməramlı jest görməyib.

Şəffaflıq.az ISNA-ya istinadən məlumat verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

“Onların ritorikası dəyişib, ancaq biz bunu praktikada da görməliyik”, - deyə H.Ruhani bildirib.

Onun sözlərinə görə, İran xalqına qarşı maksimal təzyiq göstərilməsinin məğlubiyyətə düçar olacağına heç kimin şübhəsi olmayıb.

Geri qayıt