Əsas Səhifə > Gündəm / Dünya > Nijni Novqoroddan Azərbaycana uçuşlar bərpa edilir

Nijni Novqoroddan Azərbaycana uçuşlar bərpa edilir


11-02-2021, 22:38

 

Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar həyata keçiriləcək.


Şəffaflıq.az xəbər verir ki, Nijni Novqorod şəhərinin “Striqino” beynəlxalq aeroportu xarici ölkələrə uçuş cədvəlini yeniləyərkən ora Bakı (Azərbaycan) istiqamətini də salıb.

Belə ki, fevral ayının 17-dən adıçəkilən şəhərdən paytaxtımıza reyslər həyata keçiriləcək.

Xatırladaq ki, daha əvvəl AZAL və Rusiyanın “Aeroflot” aviaşirkəti Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlanacağını açıqlamışdı.

Geri qayıt