Əsas Səhifə > Hadisə / Dünya > 2012-ci ildə kosmosa çıxarılan peyk Yerin atmosferində məhv olub

2012-ci ildə kosmosa çıxarılan peyk Yerin atmosferində məhv olub


7-02-2021, 08:50

 

2012-ci ildə “Proton-M” raketi vasitəsilə orbitə çıxarılan İndoneziyanın telekomunikasiya peyki “Telkom-3” Yer atmosferinə daxil olub və yanıb.

Şəffaflıq.az bildirir ki, bu barədə “RİA Novosti” ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasına istinadən xəbər verir.

Peykin fevralın 5-də Bakı vaxtı ilə saat 04:00-da atmosferə çatdığı qeyd olunur. Cihazın qalıqlarının Yer səthinə çatıb-çatmadığı barədə məlumat verilmir.

Geri qayıt