Əsas Səhifə > SAĞLAMLIQ / Elm Təhsil > Şagirdlər poliklinikalarda tibbi baxışdan keçəcəklər? - Nazirlik rəsmisindən AÇIQLAMA

Şagirdlər poliklinikalarda tibbi baxışdan keçəcəklər? - Nazirlik rəsmisindən AÇIQLAMA


4-02-2021, 00:53

 

Son günlər sosial şəbəkələrdə şagirdlərin tibbi baxışdan keçməsi üçün öz ərazilərində yerləşən poliklinikalarına getməsi ilə bağlı səs yazıları yayılıb.

Şəffaflıq.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu məsələyə aydınlıq gətirib.

O, “Facebook” profilində bu xəbərin həqiqəti əks etdirmədiyini bildirib.

“Sosial mediada məktəb şagirdlərinin tibbi baxışdan keçməsi üçün ərazidə yerləşən poliklinkalara getməsi ilə bağlı yayılan səs yazıları heç bir həqiqəti əks etdirmir”, - deyə nazirlik rəsmisi bildirib.

Geri qayıt