Əsas Səhifə > Gündəm / Dünya > Rusiya orbitə hərbi peyk çıxardı

Rusiya orbitə hərbi peyk çıxardı


3-02-2021, 22:04

 

Rusiyada “Soyuz-2.1b” raketi kosmosa uğurlu çıxış edib.

Şəffaflıq.az bildirir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

Raketin 2 fevralda Moskva vaxtı ilə saat 23:45-də Arxangelsk vilayətindəki Plesetsk kosmodromundan qalxdığı bildirilir.

Onun vasitəsi ilə orbitə yeni hərbi peykin buraxıldığı qeyd edilir.

Qısa müddətdə Rusiya Aerokosmik Qüvvələri cihazı nəzarətə götürüb. Ona “Kosmos-2549” seriya nömrəsi verilib.

Geri qayıt