Əsas Səhifə > Digər > Vidadi Muradovun AMEA-da rəhbərlik etdiyi sektor ləğv olundu

Vidadi Muradovun AMEA-da rəhbərlik etdiyi sektor ləğv olundu


1-02-2021, 19:02

 

"Azərxalça" ASC-nin İdarə heyətinin həbs edilən sabiq sədri Vidadi Muradov Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) vəzifəsindən azad edilib.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, o, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri vəzifəsindən çıxarılıb.

Həmçinin həmin sektor ləğv edilib.

Qeyd edək ki, V.Muradov yanvarın 9-da həbs edilib. Ona CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Daha sonra yanvarın 10-da Prezident İlham Əliyev onu "Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsindən azad edib.

Geri qayıt