Əsas Səhifə > Gündəm / Dünya > Nyu Yorkun hava limanları əksər uçuşları ləğv edib
Nyu Yorkun hava limanları əksər uçuşları ləğv edib1-02-2021, 18:51 |
Nyu York və ətrafındakı hava limanlarından bu günə planlaşdırılan əksər uçuşlar qar çovğunu ərəfəsində ləğv edilib. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bunu təyyarələrin hərəkətlərini izləyən “FlightAware” saytında yerləşdirilən məlumatlar göstərir. Nyu Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanında 154 reys, yəni bütün uçuşların 72 %-i ləğv edilib. La Quardia hava limanında bu rəqəm 106 reysə (89 %) çatır. Liberti Beynəlxalq Hava Limanında (qonşu Nyu Cersi ştatı) 162 uçuş (72 %) ləğv edildi. Nyu Yorkdan 4 saat məsafədə yerləşən Bostondakı (Massaçusets ştatı) hava limanında 56 reys (30 %) ləğv edilib. Hava əlaqələrindəki ən böyük məhdudiyyətlər ABŞ-ın şərq sahillərindəki şəhərlərlə əlaqələrdə müşahidə olunur. Geri qayıt |