Əsas Səhifə > Səhiyyə > Tibb işçilərinin COVİD-19-la bağlı əməkhaqlarına əlavələr qərarına dəyişiklik edilib

Tibb işçilərinin COVİD-19-la bağlı əməkhaqlarına əlavələr qərarına dəyişiklik edilib


30-01-2021, 23:53

 

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin müddəti martın 31-dək uzadılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti bu barədə qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə maaşının 3 misli məbləğində müddətli əlavələr martın 31-dək veriləcək.


Şəffaflıq.az
Geri qayıt