Əsas Səhifə > Gündəm / Dünya > Həkimlər minlərlə pasiyentə saxta peyvənd vurublar

Həkimlər minlərlə pasiyentə saxta peyvənd vurublar


30-01-2021, 08:40

 

Ekvadorun alternativ tibb xidməti mərkəzinin həkimləri xəstələrə koronavirus infeksiyasına qarşı saxta peyvənd vurmaqda şübhəli bilinir.

Şəffaflıq.az “El Comercio” nəşrinə istinadən xəbər verib ki, klinikanın həkimləri müştərilərinə COVID-19 infeksiyasından qorunmaqda kömək edəcək peyvənd kursu təklif ediblər.

Ümumilikdə üç iynə kursundan ibarət olan prosedurun qiyməti 15 dollara (25 manat) təklif edilib.

Qeyd olunub ki, mərkəzin işçiləri xəstələrə 70 min doza saxta peyvənd vurublar.

Geri qayıt