Əsas Səhifə > REGİON > İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir.-FOTO
İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir.-FOTO29-01-2021, 19:24 |
![]() Pandemiya qaydalarına uyğun baş tutan görüşdən məmnun qalan qazilərimiz və ailə üzvləri göstərilən diqqət və qayğıya görə ilk növbədə Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edərək bu ənənəni davam etdirən Rayon İcra Hakimiyyəti başçısına və rayonun Millət Vəkilinə təşəkkür ediblər. Səmimi keçən görüşdə Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçuları keçdikləri şərəfli döyüş yolundan danışaraq öz təsüratlarını qürurla bölüşüblər. ![]() ![]() ![]() ![]() ![]() ![]() Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır. Ən qısa zamanda bu şöbənin əməkdaşları mütamadi olaraq müharibə iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər. Aytən İsmayılova. İsmayıllı rayonu Şəffaflıq.az Geri qayıt |