Əsas Səhifə > Gündəm > Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı


29-01-2021, 18:40

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.


Şəffaflıq.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 553 nəfər müalicə olunaraq sağalıb, 3 119 nəfər vəfat edib. Hazırda 4 263 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 342, bu günə qədər isə ümumilikdə 2 394 476 test icra olunub.

Geri qayıt