Əsas Səhifə > Dünya > “Telegram”ın “Google Play”dən çıxarılması tələb olunur

“Telegram”ın “Google Play”dən çıxarılması tələb olunur


27-01-2021, 08:33

 

ABŞ-ın Mərakeşdəki keçmiş səfiri Mark Qinzberq və onun rəbərlik etdiyi “Təhlükəsiz şəbəkə üçün koalisiya” adlı qeyri-kommersiya təşkilatı “Telegram” mobil applikasiyasının “Google Play”dən çıxarılmasını tələb edib.

Şəffaflıq.az “Bloomberg”ə istinadən məlumat verir ki, bir qədər əvvəl eyni tələb “Apple” şirkətinə də ünvanlanıb.

Eks diplomat Kaliforniya məhkəməsinin müvafiq qərarla “Alphabet” (Google) şirkətinə müraciət edəcəyinə ümid edir.  

M.Qinzberq “Telegram”ın müxtəlif növ təhlükələrin yayılması, irqi ayrı-seçkilik zəminində zorakılığın təşviqi və koordinasiyasında istifadə olunmasını bildirib. O, həmçinin mobil əlavəni narkotik maddələrin yayılmasında ittiham edib.  

“Telegram”ın sahibi rusiyalı Pavel Durov ittihamları əsassız adlandırıb.

Qeyd edək ki, son zamanlar ABŞ-ın eks prezidenti Donald Trampa bir çox sosial şəbəkələrdə qoyulan qadağalar, həmçinin “Facebook” və “WhatsApp”ın istifadəçi məlumatları ilə bağlı qalmaqalları fonunda “Telegram”ın populyarlığı sürətlə artmaqdadır.

Geri qayıt