Əsas Səhifə > Dünya > “Tik-Tok” Hindistanda qadağan olundu

“Tik-Tok” Hindistanda qadağan olundu


27-01-2021, 08:31

 

Hindistan hökuməti Çin mobil applikasiyalarına qarşı sanksiyaları sərtləşdirib və onlardan 59-nu həmişəlik qadağan edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Times of India” qəzeti ölkənin Elektronika və İnformasiya Nazirliyinə istinadən məlumat yayıb. Qadağan olunmuş mobil əlavələr arasında “Tik-Tok”, “Baidu”, “WeChat” kimi məşhur proqramlar da var.

Nazirlik qərarın səbəblərini “Çin mobil proqramlarının Hindistanın suverenliyi və bütövlüyünə, həmçinin təhlükəsizliyinə zərər verməsi” ilə izah edib.

Qeyd edək ki, hindistanlı istifadəçilər Çin applikasiyalarını şəxsi məlumatlardan düzgün istifadə etməməkdə günahlandırıb və müvafiq qurumlara şikayət ediblər.

Geri qayıt