Əsas Səhifə > Gündəm > Azərbaycanda koronavirusa 326 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirusa 326 yeni yoluxma faktı qeydə alınıb


26-01-2021, 21:51

 

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 229 min 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 221 min 116 nəfər müalicə olunaraq sağalıb, 3 100 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 142 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 372 min 616 test aparılıb. Bugünkü test sayı isə 7 807-dur.


Şəffaflıq.az
Geri qayıt