Əsas Səhifə > Gündəm / Dünya > Almaniyada koronavirusdan ölənlərin sayı 50 mini keçdi

Almaniyada koronavirusdan ölənlərin sayı 50 mini keçdi


22-01-2021, 23:30

 

Almaniyada koronavirusdan son 24 saatda daha 859 nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Hürriyet” yazıb.

Bununla da Almaniyada koronavirusdan ölüm hallarının sayı 50 642-ə çatıb. Ölkədə son sutka ərzində koronavirusa 17 862 yeni yoluxma qeydə alınıb.

Almaniyada ümumi yoluxma hallarının sayı isə 2 106 262-ə çatıb.

Geri qayıt