Əsas Səhifə > Hadisə / Dünya > Filippində dəhşətli zəlzələ: 7 bal

Filippində dəhşətli zəlzələ: 7 bal


22-01-2021, 09:43

 

Filippin sahillərindən bir qədər aralı 7 bal gücündə zəlzələ baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti informasiya yayıb.

Zəlzələ yerli vaxtla 12:23-də qeydə alınıb. Zəlzələnin episentri Pundaqitan şəhərindən 219 kilometr cənub-şərqdə 139 kilometr dərinlikdə olub.

Yerli “Inquirer” nəşri qeyd edir ki, zəlzələ Davao şəhərində olduqca güclü hiss edilib. Dağıntılar və insan itkisi barədə hələlik məlumat yoxdur.

Geri qayıt