Əsas Səhifə > SAĞLAMLIQ / Dünya > İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək

İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək


20-01-2021, 23:25

 

İtaliya hökuməti ABŞ-ın “Pfizer” şirkətinə qarşı məhkəmə iddiası qaldırmaq niyyətindədir.

Şəffaflıq.az bildirir ki, bu barədə “Rai News 24” telekanalı ölkənin Regional Məsələlər naziri Françesko Boççaya istinadən xəbər verib.

Hökumətin narazılığına səbəb isə koronavirus vaksinlərinin çatdırılmasında yaranan gecikmələrdir.

İtaliyanın pandemiya məsələləri üzrə xüsusi komissarı Domeniko Arkurinin sözlərinə görə, bu gecikmələr bütün peyvənd kampaniyasını təhlükə altında qoya bilər. Belə ki, ABŞ şirkəti çatdırılma həcmini 29% azaldıb.

Qeyd edək ki, İtaliyada vaksinasiya kampaniyasına ötən il dekabrın 27-də start verilib.

Geri qayıt