Əsas Səhifə > Gündəm / Sosial > Şəhid ailələrinin mənzillə təminatı üçün yeni proqram hazırlanıb

Şəhid ailələrinin mənzillə təminatı üçün yeni proqram hazırlanıb


18-01-2021, 17:15

 

“Şəhid ailələrinin mənzil təminatı üçün bir necə istiqamətdə dəqiqləşdirmələr aparılır”.

Şəffaflıq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, bu ay ərzində bununla bağlı konkret proqramlar qəbul ediləcək: “Ölkəmizin gücü imkan verəcək ki, həm I, həm də II Qarabağ müharibəsində şəhid olan şəxslərin ailələri mənzillə təmin edilsin. Hərbi əməliyyatlar bitdikdən sonra da bir çox özəl tərəfdaşlar dəstək proqramlarında iştirak etmək niyyətində olduqlarını bildiriblər. Bu, daha güclü mesajdır ki, biz hamımız birlikdəyik”.

Geri qayıt