Əsas Səhifə > Hadisə / Dünya > Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb

Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb


17-01-2021, 16:26

 

Türkiyədə Rusiyanın yük gəmisi batıb.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Bartın vilayətinin valisi bildirib.

Vali Sinan Güner deyib ki, Qaradənizin Bartındakı İnkumu rayonu sahilinə çatmaqda olan Rusiya bayraqlı yük gəmisinin batdığı aşkar olunub.

“Qara dənizdəki pis hava şəraiti və yüksək səviyyəyə qalxan dalğalar gəminin İnkumu sahilinə çatmasına imkan verməyib. Xilasetmə heyətlərimiz gəmidə çətin vəziyyətdə qalan 15 nəfərə yaxın insanın xilası üçün fəaliyyətə başlayıb” - deyə vali bildirib.

Geri qayıt