Əsas Səhifə > Gündəm > Bu gün Bakıda dezinfeksiya işləri həyata keçiriləcək

Bu gün Bakıda dezinfeksiya işləri həyata keçiriləcək


16-01-2021, 08:43

 

Yanvar ayının 16-sı səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrindəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", məlumatda bildirilib.


Şəffaflıq.az
Geri qayıt