Əsas Səhifə > Gündəm / Dünya > İspaniyada rekord sayda yoluxma halı qeydə alınıb

İspaniyada rekord sayda yoluxma halı qeydə alınıb


16-01-2021, 08:35

 

İspaniyada ötən sutka ərzində koronavirusa rekord sayda - 40 197 yoluxma halı qeydə alınıb.

Şəffaflıq.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, İspaniyada koronavirusa yoluxanların ümumi sayı 2 252 164 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan ölkədə 828 nəfər ölüb, ölənlərin ümumi sayı 53 314 nəfər təşkil edir.

Geri qayıt