Əsas Səhifə > --- > Türkiyədə son sutkada koronavirusdan 9 011 nəfər sağalıb, 170 nəfər vəvat edib

Türkiyədə son sutkada koronavirusdan 9 011 nəfər sağalıb, 170 nəfər vəvat edib


15-01-2021, 08:18

 

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 170 nəfər dünyasını dəyişib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 23 495 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 8 962 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 364 801 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 9 011 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 236 938 nəfər təşkil edir.

Geri qayıt