Əsas Səhifə > Hadisə > Bakıda 170 minlik cinayət – 4 nəfər həbs edildi

Bakıda 170 minlik cinayət – 4 nəfər həbs edildi


15-04-2019, 12:24
 Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Şəffaflıq.az xəbər verir ki, aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170.000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlanıb.
30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə sübhəli bilinən Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.Teleqraf.com
Geri qayıt