Əsas Səhifə > Gündəm > Türkiyə MN: Hərbçilərimiz Qarabağda minatəmizləmə əməliyyatlarında iştirak edir

Türkiyə MN: Hərbçilərimiz Qarabağda minatəmizləmə əməliyyatlarında iştirak edir


10-01-2021, 13:50

 

Türkiyə hərbçiləri Azərbaycanın işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsində iştirak edir.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə Quru Qüvvələrinin Xüsusi Təyinatlı Mina Təmizləmə birliklərinin 136 hərbçisi Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə minatəmizləmə təlimi keçməklə bərabər, Qarabağda minatəmizləmə əməliyyatlarında da iştirak edir.

Geri qayıt