Əsas Səhifə > Elm Təhsil > Şamaxı rayonunda “Xəmsə” Milli İntelektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının Zona mərhələsi keçirilib.-FOTO
Şamaxı rayonunda “Xəmsə” Milli İntelektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının Zona mərhələsi keçirilib.-FOTO13-04-2019, 23:43 |
Azərbaycan Respublikası Prezendtinin 15 sentyabr 2017 – ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Gəncliyi 2017-2021 – ci illərdə” Dövlət Proqramı icraçı çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Naziliyinin 2019-cu ilin I yarımilliyi üçün təsdiq edilmiş tədbirlər planına uyğun olaraq aprelin 13-də Şamaxı rayonunda Mədəniyyət evinin Akt zalında “Xəmsə” Milli İntelektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının Zona mərhələsi keçirilib. Şəffaflıq.az bildirir ki, Yarışın açılışında çıxış edən Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov “2015-2025-ci illərdə Azərbaycan Gənclərinə inkişaf strategiyası” nın icrası istiqamətində rayonda görülmüş işlərdən və həyata keçirilən tədbirlərdən danışdı, iştirakçılara uğurlar arzuladı. Zona mərhələsində Respublikanın Şirvan zonasını əhatə edən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Ucar, Kürdəmir , Göyçay, Ağdaş və Zərdab rayonlarının ümumlikdə 9 rayon iştirak edib. Yarışda qalib gələn komandalar Şamaxı rayon Gənclər və İdman İdarəsinin müafiq diplomları ilə təltif olunublar. Zona birinciliyində I və II yerləri tutmuş komandalar 2019 – cu ilin may ayında keçiriləcək “Xəmsə” milli intelektual oyunu üzrə XI Azərbaycan çempionatının final məhələsində iştirak etmək hüququ qazandı. I yer Göyçay rayonu II yer Ucar rayonu III yer Ağdaş rayonu Vahid İsmayılov Şəffaflıq.az Geri qayıt |