Əsas Səhifə > Gündəm / Dünya > Almaniyada günlük ölüm sayında rekord

Almaniyada günlük ölüm sayında rekord


8-01-2021, 20:05

 

Almaniyada son 24 saat ərzində koronavirus səbəbindən 1 188 nəfərin həyatını itirməsi ilə günlük ölüm sayında rekord qeydə alınıb.

Şəffaflıq.az xəbər verir ki, Almaniyada yoluxucu xəstəliklər sahəsində araşdırmalar aparan Robert Kox İnstitutunun verdiyi açıqlamaya görə, ölkədə son 24 saat ərzində 31 min 847 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Bununla ölkədəki ümumi yoluxma hallarının sayı 1 milyon 866 min 887-yə çatıb. Xəstəlik səbəbindən bu günə qədər 38 min 795 nəfər həyatını itirib.

Geri qayıt