Əsas Səhifə > Digər > Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib


8-01-2021, 12:53

 

Yanvarın 8-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.

Şəffaflıq.az bildirir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində prokurorluq orqanları tərəfindən 2020-ci il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Əməliyyat müşavirəsinin detalları barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Geri qayıt