Əsas Səhifə > Hadisə > Bakıda daha bir məktəb qalmaqalı: Müəllim şagirdi döydü

Bakıda daha bir məktəb qalmaqalı: Müəllim şagirdi döydü


12-04-2019, 12:05
 Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.
Şəffaflıq.az-ın xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyindən ONA-ya bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.
Geri qayıt