Əsas Səhifə > Hadisə / Dünya > Kanadada helikopter qəzası baş verib, ölənlər var

Kanadada helikopter qəzası baş verib, ölənlər var


3-01-2021, 11:07

 

Kanadanın Alberta vilayətində “Robinson R44” helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Bu barədə Şəffaflıq.az “CTV” kanalına istinadən məlumat verir.

Helikopter Qrand-Preri şəhərindən təxminən 100 km şimal-şərqdə əkin sahəsinə düşüb.

Qəza nəticəsində helikopterdə olanların hamısı hadisə yerində keçinib. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Geri qayıt