Əsas Səhifə > Şou-biznes > Rüfət Axundovun efirə çıxması qadağan olundu – RƏSMİ

Rüfət Axundovun efirə çıxması qadağan olundu – RƏSMİ


8-04-2019, 11:39
 Bu gündən müğənni Rüfət Axundova efir qadağası tətbiq ediləcək.
Xəbər verdiyimiz kimi, Rüfət Axondova bütün teleməkanda qadağa qoyulub. Minval.info-nun məlumatına görə, artıq bu qərar rəsmiləşib.
Belə ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) müğənniyə efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edəcək. MTRŞ-nın apardığı monitorinq nəticəsində məlum olub ki, müğənni Rəşad İlyasov efirdə R. Axundovla birgə mahnı ifa etməsinə baxmayaraq, ədəbsiz ifadələr işlətməyib.
Qeyd edək ki, aprelin 5-də “Space” TV-nin “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib.
MTRŞ buna görə “Space” TV-ni cərimələyib. Telekanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib.
Geri qayıt