Əsas Səhifə > Dünya > ABŞ-dan İrana pulsuz 150 min porsiya peyvənd göndərilib

ABŞ-dan İrana pulsuz 150 min porsiya peyvənd göndərilib


29-12-2020, 18:57

 

ABŞ-dan xeyriyyəçilər İrana koronavirusa qarşı 150 000 porsiyalıq “Pfizer” peyvəndi göndəriblər.

Şəffaflıq.az “Newsru.co”ya istinadən xəbər verir ki, bunu İran Qırmızı Aypara Cəmiyyətinin direktoru Kərim Himməti bildirib.

Onun sözlərinə görə, ABŞ-dan adı açıqlanmayan xeyriyyəçilərin göndərdikləri vaksini üç həftəyə alacaqlar.

K.Himməti deyib ki, Çin də İrana bir milyon porsiyalıq peyvənd bağışlayacağını açıqlayı
b.
Geri qayıt