Əsas Səhifə > Dünya > Kabildə baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub

Kabildə baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub


21-12-2020, 15:48

 

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub, 52 nəfər yaralanıb.

Şəffaflıq.az TOLOnews telekanalına istinadla xəbər verir ki, partlayış Kabil şəhərinin meydanlarından birində baş verib.


Ehtimallara görə, hücumun hədəfində Əfqanıstan parlamentinin üzvlərindən birinin avtomobili olub. Onun yaralandığı bildirilir.

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.

Geri qayıt