Əsas Səhifə > Dünya > Argentinada stadiona da Maradonanın adı verilib

Argentinada stadiona da Maradonanın adı verilib


20-12-2020, 22:21

 

Əfsanəvi futbolçu Dieqo Maradonanın adı daha bir stadiona veriləcək.

Şəffaflıq.az “Ole”yə istinadən xəbər verir ki, Argentinadakı “Uniko de La-Plata” stadionunun adı dəyişdirilərək, “Uniko de La-Plata Dieqo Armando Maradona” qoyulacaq.

Bundan əvvəl “Napoli”nin stadionun da Maradonanın adı verilmişdi.

Qeyd edək ki, 1984-1991-ci illərdə “Napoli”də oynayan Maradona noyabrın 25-də 60 yaşında ürək tutmasından dünyasını dəyişib.

Geri qayıt