Əsas Səhifə > Cəmiyyət > Birinci vitse-prezident: "Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq"
Birinci vitse-prezident: "Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq"2-04-2019, 23:16 |
![]() Bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə paylaşılan postda qeyd olunub. “Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq”, – deyə postda vurğulanıb. Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərinin başlanmasından üç il ötür
Geri qayıt |