Əsas Səhifə > Dünya > SİVİLİZASİYAYA TƏHLÜKƏ! - “Bu raket atışı sivilizasiyanın sonunun başlanğıcıdır”
SİVİLİZASİYAYA TƏHLÜKƏ! - “Bu raket atışı sivilizasiyanın sonunun başlanğıcıdır”17-12-2020, 13:10 |
Şəffaflıq.az xəbər verir ki, Amerikanın «Popular Mechanics» jurnalı Oxot dənizi hövzəsində Rusiyanın «Vladimir Monomax» sualtı qayığından «Bulava» raket atışını «sivilizasiyanın sonunun başlanğıcı» kimi xarakterizə edib. Bu fikri nəşrin müəllifləri bazar ertəsi dərc olunmuş materialda ifadə ediblər. Jurnalın məluatına görə, Oxot dənizindən buraxılan «Bulava» raketləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) Missisipi çayının qərbindəki ərazisinin böyük hissəsinə çata bilər. Eyni zamanda, Ağ dənizdən buraxılan raketlər Amerikanın sözügedən çaydan şərdə yeləşən ərazilərini də vura bilər. Dekabrın 12-də Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, Sakit okean donanmasının “Vladimir Monomax” atom sualtı qayığı 4 ədəd «Bulava» raketinin Oxot dənizindən atışını həyata keçirib. İdarənin məlumatına görə, Arxangelsk vilayətinin Çija poliqonuna tuşlanmış yaylım atəşi sualtı vəziyyətdən gerçəkləşdirilib. Raketlərin uçuş məsafəsi 5,5 min kilometrdən artıq olub. Geri qayıt |