Əsas Səhifə > Dünya > Gürcüstan fevraldan beynəlxalq uçuşlara qadağanı ləğv edəcək

Gürcüstan fevraldan beynəlxalq uçuşlara qadağanı ləğv edəcək


14-12-2020, 15:14
“Gələn ilin fevral ayından etibarən Gürcüstanda beynəxalq uçuşlara tətbiq olunan bütün məhdudiyyətlər aradan götürüləcək”.
Şəffaflıq.az-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin itqisadiyyat naziri Natia Turnava bildirib.
Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, hava limanlarının genişləndirilməsi üzrə infrastruktur layihələrin icrası dayandırılmayıb: “Kutaisi və Batumi aeroportlarının genişləndirilməsi layihələri yekunlaşmaq üzrədir. Yenilənən infrastruktur qonaqlar və vətəndaşlarlarımıza xidmət edəcək”.

Geri qayıt