Əsas Səhifə > Siyasət > Həmsədrlər regiona səfər edəcək

Həmsədrlər regiona səfər edəcək


10-12-2020, 00:11

 

ATƏT Minsk qrupunun həmsədrləri bu həftə sonunda Azərbaycana və Ermənistana səfər edəcək.

Şəffaflıq.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Riker deyib.

O bildirib ki, amerikalı həmsədr Endrü Şofer digər həmkarları ilə birgə yerlərdə vəziyyətlə tanış olmaq üçün Bakı və Yerevana səfər edəcək.

Geri qayıt