Əsas Səhifə > Cəmiyyət > Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi


27-03-2019, 11:43
 Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinə rəis təyin edilib.
Bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb. O, bundan əvvəl Maliyyə-plan idarəsinin rəis müavini vəzifəsində çalışıb.
İdarədən məlumatı oxu.az-a təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan idarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib.
Geri qayıt