Əsas Səhifə > Elm Təhsil > Şamaxı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub

Şamaxı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub


8-12-2020, 20:48

 

Şamaxı Rayon Təhsil Şöbəsində kadr dəyişikliyi olub.

Şəffaflıq.az xəbər verir ki, Babayev Məsud Nizami oğlu Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, M.Babayev 25 aprel 1977-ci ildə Şamaxı rayonunun Yenikənd kəndində anadan olub. 1982-1989-cu illərdə Şamaxı rayonu, Ə.Məmmədov adına Göylər kənd 1 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar liseydə təhsil alıb.

2015-ci ildən bu ilin iyul ayına kimi Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə, iyul ayından isə Bakı şəhəri 283 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb.

Geri qayıt