Əsas Səhifə > İdman > Taekvondo İdman növü üzrə Ağsu rayon birinciliyi keçirilib.

Taekvondo İdman növü üzrə Ağsu rayon birinciliyi keçirilib.


5-08-2019, 21:41
03.08.2019-cu il tarixdə Uşaq,Yeniyetmə və Gənclər arasında Taekvondo İdman növü üzrə Ağsu rayon birinciliyi keçirilib.
 Şəffaflıq.az-ın Ağdaş rayon bölgə müxbirirnin verdiyi məlumata görə,yarışda 50-yə yaxın idmançı öz gücünü sınayıb.Yarışa təşkilati rəhbərliyi Ağsu rayon Gənclər və İdman idarəsi və Ağsu "Qrandmaster" Taekvondo idman kulubu edib.Yarışın məqsəd və məramı Uşaq,Yeniyetmə və Gənclərin potensial səviyyəlirinin artırılması,regionlarda bu idman növünün inkişaf etdirilməsi və gələcək yarışlara yüksək səviyyəli idmançıların seçilib, rayon yığma komandasının tərkib hissəsini müəyyən etməkdən ibarət olub.Bu yarışda Ağdaş Taekvondo komandasının məşqçi-müəllimi Eşqin İsmayılovun rəhbırliyi ilə 20 idmançı ilə qatılıb.Yekunda yer tutmuş idmançılara Rayon Gənclər və İdman idarəsinin təsis etdiyi xüsusi diplomlar,medallar və kuboklarla təltif edilib.

Eşqin İsmayılov
Şəffaflıq.az
Geri qayıt