Əsas Səhifə > İdman > Türkiyənin Ordu şəhərində taekvondo idman növü üzrə yeniyetmələr arasında təşkil edilən beynəlxalq turnirə start verilib._FOTO

Türkiyənin Ordu şəhərində taekvondo idman növü üzrə yeniyetmələr arasında təşkil edilən beynəlxalq turnirə start verilib._FOTO


18-05-2019, 19:34
 ATF verdiyi məlumata görə,Türkiyənin Ordu şəhərində taekvondo idman növü üzrə yeniyetmələr arasında təşkil edilən beynəlxalq turnirə start verilib.
 Şəffaflıq.az bildirir ki, 19 may Atatürkün anım, gənclik və spor bayramı münasibətilə keçirilən yarışın ilk günü dayanq üzərinə çıxan yeniyetmə komandamızın 10  üzvü fəxri kürsüyə qalxıb. Belə ki, Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (-37 kq),  Kənan Əmiraslanov (45 kq), Nizamı Hacıyev (53 kq), Zemfira Həsənzadə (29 kq), fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vaqif Hacıyev (45 kq), Nəzirə Ölməz (47 kq) isə gümüş medala sahib olub.İbrahim Əlizadə (61 kq), Vüsal Məmmədov (61 kq), Şəbnəm Novruzova (37 kq) isə yarışı bürünc medalla başa vurub.“Gömrükçü” İ.K-nu təmsil edən Nicat Hacıyev (53 kq), Nərgiz Kazımova (37 kq), Sofiya Nəcəfova (29 kq, Təhsil), Hikmət Həmidov (DİN. İ.C. 33 kq) gümüş medala, Asim Quliyev və Əzim Gülməmmədli (hər ikisi 33 kq, RUGİM) bürünc medala layiq görüldü.Türkiyə, Suriya və Azərbaycan idmançılarının da qatıldığı turnirdə millimiz 17 taekvondoçu ilə təmsil olunur. 300 taekvondoçunun qatıldığı yarışa sabah yekun vurulacaq.Alxas.
Şəffafıq.az
Geri qayıt