Əsas Səhifə > İdman > ATF verdiyi məlumata görə.Türkiyənin Ordu şəhərində taekvondo idman növü üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək.

ATF verdiyi məlumata görə.Türkiyənin Ordu şəhərində taekvondo idman növü üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək.


13-05-2019, 23:34
 ATF verdiyi məlumata görə.Türkiyənin Ordu şəhərində taekvondo idman növü üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək. 
 Şəffaflıq.az xəbər verir ki,19 may Atatürkün anım, gənclik və spor bayramı münasibətilə təşkil edilən yarışlarda yeniyetmə millimiz də təmsil olunacaq. Başpəhlivan Rəcəp Kara spor salonunda 17-18 may tarixlərində baş tutacaq turnirdə 17 idmançımız dayanq üzərinə çıxacaq. Məşqçilər heyəti bu turnirdə oğlanlardan Şamil Mirzəyev (33 kq), Ümid Hacıyev, Nihat Məmmədzadə (hər ikisi 37 kq), Pünhan Mürsəlov (41 kq), Vaqif Hacıyev (45 kq), Fərid Əliyev (49 kq), Nizami Hacıyev (53 kq), Yusif Abbasəlizadə (57 kq), İbrahim Əlizadə (61 kq), Fəttah Fəttahzadə (65 kq), Asim Əlimov (65 kq yuxarı), qızlardan isə Zemfira Həsənzadə (29 kq), Kəmalə Ələsgərova (33 kq), Şəbnəm Novruzova (37 kq), Sevda Əzizova (-41 kq), Xədicə İsmayılova (44 kq), Səmmərux Osmanova (51 kq) şans verəcək. Komandamız, baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə 15 may tarixində Ordu şəhərinə yollanacaq.Yarışa Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikamızın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klubların bir neçə yeniyetmə taekvondoçusu da qatılacaq. Turnirdə mübarizə aparacaq digər idmançıların siyahısını təqdim edirik:RUGİM.--Asim Quliyev, Əzim Gülməmmədli, Tuncay Məmmədov (hər üçü 33 kq), Adil Məmmədov, Fərrux Xəlil AzərPour, İslam Əlizadə (hər üçü 41 kq), Uğur Cəfərov (49 kq).“Gömrükçü”İ.K.--Fəzair Rəhimzadə (37 kq), Bahadur Nuruzadə (49 kq), Nicat Hacıyev (53 kq).Məryəm Məmmədova (33 kq), Zeynəb Məmmədova (37 kq), Səriyyə Bağırova (51 kq).Təhsil.---Şakir Məmmədov (33kq), Fazil Hüseynov (57 kq), Göydəniz Hüseynov (65 kq yuxarı), Sofiya Nəcəfova (29 kq), Milada Dirina, Minayə Abbasova (hər ikisi 33 kq), Fatimə Həsənova (37 kq), Nəzirə Ölməz (47 kq).“Qafqaz” T.K.---Süleyman Əsgərov (33 kq), Əli Quliyev (45 kq), Meylin Məmmədova (41 kq).DİN İ.C.---Hikmət Həmidov (33 kq), Emil Məmmədhüseynov (37 kq), Vüsal Məmmədov (61 kq).“Neftçi” İ.C.---Fuad Yusifov (41 kq).“Zenit” T.K.---Micəfər Cabbarov (33 kq).“Tovuz” T.K.---Kənan Əmiraslanov (45 kq), Yusif Mərdənov (65 kq yuxarı).“Şahdağ” T.K.---Şamil Ospatov (33 kq).
Alxas Məmmədov.
Şəffaflıq.az
Geri qayıt