Şamaxı şəhər stadionunda “Atletika” idman növü üzrə V-VII sinif şagirdləri arasında yarış keçirilmişdir



 


5-6 noyabr 2018-ci il tarixlərində Şamaxı şəhər stadionunda “Atletika” idman növü üzrə V-VII sinif şagirdləri arasında məktəblilərin rayon birinciliyi üzrə yarışı keçirildi. Yarışda 17 komandada 102 idmançı iştirak edirdi. Yekun nəticələrə görə I yerə Məlhəm kənd tam orta məktəbi, II yerə şəhər 6 saylı tam orta məktəbi, III yerə isə Şamaxı Avropa liseyinin komandaları layiq görüldülər. Qaliblər Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Respublika Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası və Şamaxı Rayon Təhsil Şöbəsinin Diplom və Fəxri Fərmanları ilə təltif olundular. Qalibləri təbrik edirik!

 
 

  

 

 
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}