AFFA: "Matçın neytral meydanda keçirilməsi müzakirə mövzusu deyil"

 

AFFA Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk ev matçının neytral meydanda keçirilməsinə dair iddialara münasibət bildirib. 

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla öz açıqlamasında məlumatın həqiqəti əks etdirmədiyini söyləyib.

Assosiasiya rəsmisi məsələnin müzakirə mövzusu olmadığını vurğulayıb.

Qeyd edək ki, "Wort.lu" nəşri Azərbaycan - Lüksemburq matçının başqa ölkədə keçirilə biləcəyini yazıb. Qarşılaşma sentyabrın 5-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.


Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}