Parataekndoçularımız növbəti yarışda qüvvələrini Afrika qitəsində sınayacaq.

 ATF verdiyi məlumata görə, Parataekndoçularımız növbəti yarışda qüvvələrini Afrika qitəsində sınayacaq. 
Şəffaflıq.az bildirir ki, Misirin Hurghada şəhərində təşkil edilən Afrika açıq cempionatına qatılacaq milli komandamız bu yarışda dörd idmançı ilə təmsil olunacaq. Afrika qitəsinin taekvondoçuları üçün G4, digər qitələrdən qatılan idmançılar üçün isə G2 kaetoriyalı yarışda qaliblər reytinq xallarını artırmış olacaq. Fevralın 20-də baş tutacaq turnirdə baş məşqçi Fərid Tağızadənin yetirmələrindən Nicat Müslümov (K42-75kq), Elimxan Manafov (K43-61 kq), qadınlardan Röyalə Fətəliyeva (K44-49 kq) və Aynur Məmmədova (K44-58 kq) mübarizəyə qatılacaq.Parataekvondoçulara uğurlar arzulayırıq! 

Alxas.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}