Tehran Məmmədov rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmış və Azərbaycan çempionu adına layiq görülmüşdür.

 Qobustan Gənclər və Idman idarəsinin Şəffaflıq.aza verdiyi məlumat əsasında.6-9 fevral 2019-cu il tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Kişilər arasında ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar qalibi müəyyənləşdiriblər. Toplam 190 kq (88+102) nəticə göstərən Qobustan rayon UGİM-nin təmsilçisi  Tehran Məmmədov rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmış və Azərbaycan çempionu adına layiq görülmüşdür. Bu yüksək nailiyyət münasibəti ilə idmançımızı və onun məşqçisi, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Səmsi Səfərlini təbrik edir, daha böyük uğurlar arzulayırıq.
Alxas

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}