İngiltərə Premyer Liqasının bərpa tarixi və ilk oyunların təqvimi açıqlanıb

 

İngiltərə Premyer Liqasında mövsümün bərpa tarixi açıqlanıb.

Şəffaflıq.az Apasport.az saytına istinadən xəbər verir ki, Premyer Liqa rəhbərliyi koronavirus pandemiyası səbəbindən martda dayandırılan çempionat oyunlarının iyunun 17-dən bərpa olunacağını rəsmən bəyan edib.

Qərara əsasən həmin gün əvvəlki turlardan təxirə salınmış "Mançester Siti" - "Arsenal" və "Aston Villa" - "Şeffild Yunayted" qarşılaşmaları oynanılacaq. İyunun 19-da isə növbəti turun startı veriləcək.

Premyer Liqanın direktoru Riçard Masters hazırkı duruma əsasən belə qərar verilsə də, bunun dəyişmə ehtimalını istisna etməyib: "Oyunların iyunun 17-də bərpası yönündə razılıq əldə etdik. Ancaq bütün lazımi təhlükəsizlik tədbirləri yerinə yetirilməsə, bərpa müddəti uzadılacaq. Çünki bizim üçün iştirakçıların sağlamlığı çox önəmlidir".

Qeyd edək ki, Premyer Liqa klubları ötən həftədən fərdi məşqlərə başlayıb. XXX turdan etibarən qarşılaşmalar boş tribunalar önündə keçiriləcək.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}