Almaniyanın daha bir futbol klubunda koronavirus aşkarlandı

 

Drezden "Dinamo”sunda koronavirusa iki yoluxma halı aşkarlanıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Qeyd edilir ki, indi bütün komanda iki həftəni karantində keçirməli olacaq. Məlumata görə, COVID-19-la bağlı test verən digər futbolçularda yoluxma əlaməti yoxdur.

"Dinamo" Almaniyanın ikinci Bundesliqasında çıxış edir. İkinci Bundesliqanın oyunlarının mayın ortalarında davam etdirilməsi planlaşdırılır.
Mayın 17-də Drezden komandası ilə "Hannover-96”nın 26-cı turun görüşü planlaşdırılmışdı. Lakin iki futbolçuda koronavirusun aşkarlanması ilə əlaqədar matç keçirilməyəcək.

Xatırladaq ki, daha əvvəl Almaniyanın ikinci divizionunun başqa bir klubu - "Ersqebirq" iki həftəlik karantinə gedib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}